Trampdan Ərdoğana 100 milyardlıq təklif

13 Noyabr, 2019 08:45 | Siyasət | Baxış sayı: 191
Donald Tramp
Donald Tramp

ABŞ prezidentinin məktubunda nə yazılıb?

ABŞ prezidenti Donald Tramp ötən gün Vaşinqtona səfər edən həmkarı Rəcəb Tayyib Ərdoğana 100 milyard dollarlıq ticarət sövdələşməsi və Rusiya istehsalı olan S-400 kompleksini aldığı üçün tədbir edilən sanksiyalarla bağlı vəziyyətin həlli üçün "dolayı yol" təklif edib. Bu barədə "Washington Post" öz mənbələrinə istinadla yazıb. 

Mənbənin məlumatına görə, ABŞ və Türkiyə arasında münasibətləri yaxşılaşdırmaq üçün amerikalı liderin təklifi onun ötən həftə türk liderə göndərdiyi məktubunda əksini tapıb.

Nəşr yazır ki, Trampın təklifi hələ qısa müddət öncə Suriyada əməliyyat keçirdiyi üçün Türkiyəyə sanksiyalar tədbiqi barədə qərar qəbul edən Nümayəndələr palatasının üzvlərini hiddətləndirəcək.

Xatırladaq ki, ötən gün R.T .Ərdoğanın Vaşinqtona səfəri başalayıb. İki liderin əsas müzakirə mövsuzu Suriyadakı vəziyyət olacaq. Bundan başqa görüşdə ikitərəfli əlaqələr, regional məsələlər, yeni qırıcıların, o cümlədən "Patriot" sisteminin alışı da gündəmə gətiriləcək.