Rus deputat erməni-faşistin xatirə lövhəsini murdarladı - FOTO

13 Noyabr, 2019 14:46 | Siyasət | Baxış sayı: 177

Yerli hökumət noyabrın 11-dək lövhənin götürüləcəyini vəd etmişdi

Rusiyanın Krasnodar diyarının Armavir şəhərində erməni-faşisti Qaregin Njdenin şərəfinə qoyulan xatirə lövhəsi təhqir edilib.

İstiPress “Rusarminfo”ya istnadən xəbər verir ki, Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov lövhənini üzərinə boya töküb.

Deputat bildirib ki, yerli hökumət noyabrın 11-dək lövhənin götürüləcəyini vəd etmişdi: “Amma buna əməl olunmayıb. Bu müddət başa çatdığı üçün məsələni müstəqil şəkildə həll etmək qərarına gəldim”.

Qeyd edək ki, faşist cəlladı və satqın Qaregin Ter-Arutyunyan Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət edib.