Zəlzələ xəbəri prezidenti kədərləndirdi YENİLƏNİB

13 Noyabr, 2017 13:12 | Siyasət | Baxış sayı: 269
Zəlzələ nəticəsində dağılan bina
Zəlzələ nəticəsində dağılan bina

Azərbaycandan İrana başsağlığı mesajı

Azərbaycan prezidenti İlham Əliyev İran- İraq  sərhəddində baş verən zəlzələ ilə bağlı İraqın baş naziri Heydər əl-Abadiyə başsağlığı verib. "Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərdən olduqca kədərləndim.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm". 

Saat 11:00

Azərbaycan prezidenti İlham Əliyev İranda baş verən güclü zəlzələ ilə bağlı həmkarı Həsən Ruhaniyə başsağlığı verib. İstiPress-in məlumatına görə, prezident ölkənin qərbində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərdən olduqca kədərləndiyini bildirib. 

"Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".

Xatırladaq kı, İraqla sərhəddə baş verən zəlzələ 7,2 bal gücündə olub. Ən son məlumata görə, ölü sayaı 210 nəfəri keçib, yaralılar isə minlərlədir. Təkanlar Azərbaycan da daxil olmaqla 6 ölkədə hiss edilib.