Tramp çaşdı, liderlər güldü FOTOLAR

13 Noyabr, 2017 14:55 | Siyasət | Baxış sayı: 306
Tramp ənənəvi salamlaşma zamanı
Tramp ənənəvi salamlaşma zamanı

Salamlaşmaq üçün əlini Fillipin prezidentinə çatdıra bilməyib

Daima əl sıxaraq salamlaşma şəkli ilə qarşısındakı şəxslər təəccübləndirən ABŞ prezidenti Donald Trampın özü bu dəfə çətin anlar yaşayıb. İstiPress-in məlumatına görə, o, Fillipinin paytaxtdı Manilada ASEAN toplantısındakı liderlərin salamlaşma mərasimində qısa müddətli çaşqınlıq yaşayıb. 

21 ölkənin prezidenti və baş nazirinin qatıldığı toplantının açılışı Maniladakı Konqres Mərkəzində olub. 

Ənənəvi salamlaşma zamanı Fillipin prezidenti Rodriqo Dutertenin yanında dayanan Trampın üz ifadəsi kameralara da düşüb. Liderlər ənənəvi salamlaşma zamanı əllərini çarpaz tutaraq yanlarındakı liderə əl verirlər. Tramp əvvəlcə yanındakıların bu prosesi necə icra etdiklərinə baxıb. Sonra isə əlini Duterteyə uzatmaqda çətinlik çəkib. ABŞ prezidentinin çaşqınlığı digər liderləri də güldürüb. 

Xatırladaq ki, Tramp sərt salamlaşmaları ilə məşhurdur. Adətən o salamlaşdığı şəxsin əlindən bərk tutaraq özünə sarı çəkir və bu zaman qarşısındakı şəxsin səndələməsinə, çətin anlar yaşamasına yol açır.