Putin Ərdoğanla görüşdü

13 Noyabr, 2017 19:47 | Siyasət | Baxış sayı: 301
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin - Soçi, 13 noyabr 2017-ci il
Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin - Soçi, 13 noyabr 2017-ci il

Ruisiyanın Soçi şəhərində Rusiya və Türkiyə prezidentləri arasında görüş keçirilib.

İstiPress-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Putin Türkiyə ilə bütün münasibətlərin bərpa olunduğunu bildirib. 

Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Suriya başda olmaqla, regional, iqtisadi, siyasi mövzuları müzakirə ediblər.

Ərdoğan Rusiya ilə ikitərəfli münasibətlərin və regionda problemlərin həlli istiqamətində müttəfiqliyin gələcəyə etibarlı baxmağa əsas verdiyini deyib.

Putin də öz növbəsində gərgin siyasi proseslərin getdiyi bir vaxtda tez-tez Ərdoğanla görüşməsinin iki ölkə arasında münasibətləri daha da gücləndirəcəyini söyləyib.

Rusiya mətbuatı görüşdə Dağlıq Qarabağ müzakirələrinin olması barədə heç nə yazmayıb.