İrandan Azərbaycana gizli silah gətirən şəxs tutuldu

13 Noyabr, 2017 15:17 | Siyasət | Baxış sayı: 153
Silah sursat
Silah sursat

Gömrükçülər ayıq tərpəniblər

Astara Gömrük İdarəsinin yük şöbəsində İrandan daxil olan yük nəqliyyat vasitəsinə gömrük nəzarəti həyata keçirilib.

İstiPress-in Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yoxlama zamanı Azərbaycan vətəndaşı Həşimov Əkbərağa Maşalla oğlunun idarə etdiyi "Kamaz" markalı, 44BM570/44ZA357 nömrəli həmin nəqliyyat vasitəsinin kabinəsində, arxa hissədə yataq üçün nəzərdə tutulmuş döşəyin altında döyüş sursatı hesab edilən "F-1" markalı, müdafiə təyinatlı 1 ədəd əl qumbarası aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.