Ərdoğan yenə Moskvaya gedir

13 Noyabr, 2017 10:39 | Siyasət | Baxış sayı: 158
V.Putin və R.T.Ərdoğan
V.Putin və R.T.Ərdoğan

Bu onunla Putinlə 8 ayda dördüncü görüşüdür

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan  Rusiyaya səfər edir. İstiPress-in məlumatına görə, Türkiyə prezidenti bu gün rus həmkarı Vladimirlə Putinlə görüşmək üçün Moskvaya yola düşəcək. Bu, iki liderin son 8 ayda baş tutacaq olan dördüncü görüşüdür. 

Prezidentlər başda Suriya olmaqla, regional məsələləri, qarşılıqlı əməkdaşlığı və iqtisadi işbirliyini artırmağın yollarını, eləcə də NATO və ABŞ-ın narahatlığına səbəb olan S-400 raket kompleksinin alışına dair detalları müzakirə edəcəklər. 

Ərdoğan Putinlə görüşdükdən sonra Küveyt və Qətərə yola düşəcək.