Ənvər paşanın polkovnik rütbəsi verdiyi Dağlı Musa - VİDEO

13 Noyabr, 2017 19:12 | Siyasət | Baxış sayı: 247
Dağlı Musa - Bakı qoçusu
Dağlı Musa - Bakı qoçusu

200 nəfərdən artıq türkü xilas edən gizli qəhrəman

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) keçirdiyi Vikipediya təlimi çə "Azərbaycanca Vikipediya"da 1918-ci ildə Bakının erməni–daşnaklarından azad edilməsində göstərdiyi igidliyə görə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa tərəfindən yüzbaşı (leytenant) rütbəsi verilmiş (Dağlı) Musa Ələsgərovun məqaləsi yaradılıb.

Dağlı Musanın ən böyük xidmətlərindən biri Böyük Zirə adasında (Nargin) əsir saxlanan türk əsgərlərinə etdiyi köməklik idi. O, başqa qoçular və Bakının imkanlı şəxsləri ilə birgə türk əsirlərini adadan qaçırıb öz vətəninə yola salırdılar. Türk əsirlərdən təxminən 600 nəfəri Böyük Zirə adasında saxlanılırdı. Belə bir vəziyyətdə Musa və onun qardaşı Qurbanqulu pulla onları rus əsgərlərindən satın alır, yaxud qaçırıb vətənlərinə yola salınmasını təşkil edirdilər. Bəzən bir günə 10-14 əsir qaçırılırdı. Dağlı Musanın Brilyant Ağakərimə söylədiklərindən məlum olur ki, 1917-ci ilin əvvəlindən sonunadək 200 nəfərdən artıq türk əsir zabit və əsgərin qaçırılması faktı öz əksini tapır.

Dağlı Musa 1920-ci ilin əvvəlində Nuru paşanın dəvəti ilə Türkiyəyə gedərək Ənvər paşaya təqdim edilib. Burada onun şərəfinə təşkil olunan ziyafətdə Ənvər paşanın sərəncamı ilə minbaşı (polkovnik) elan olunub.

AMEA Mərkəzi Kitabxanasının yaratdığı video