Düşmənin könüllülərdən ibarət qrupu atəş zərbəsi ilə məhv edildi

13 Oktyabr, 2020 09:56 | Siyasət | Baxış sayı: 78

Ermənistan silahlı qüvvələrinin Əsgəran istiqamətində hərəkət edən 4-cü motoatıcı alayın avtomobil texnikası kolonu və Ermənistanın Sisian yaşayış məntəqəsi istiqamətindən işğal olunmuş ərazilərimizə doğru hərəkət edən könüllülərdən ibarət bir qrup Azərbaycan Ordusu tərəfindən atəş zərbəsi ilə məhv edilib.

İstiPress-in məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda bildirilib ki, müqaviməti qırılan düşmən bölmələrində kütləvi fərarilik halları müşahidə olunur.