Düşmən Tərtəri, Ağdam və Goranboyu atəşə tutur

13 Oktyabr, 2020 09:41 | Siyasət | Baxış sayı: 21

Ermənistan silahlı qüvvələri humanitar məqsədli atəşkəs razılaşmasını pozaraq bu gün səhər saatlarından etibarən Tərtər rayonunun ərazisini yenidən artilleriya atəşinə tutub.

IstiPress-ə Müdafiə Nazirliyindən daxil olan  məlumata görə düşmən artilleriyası Tərtərin ardınca Ağdam və Goranboy rayonunun da yaşayış məntəqələrini, o cümlədən Tərtər şəhərini atəşə tutur.

Tərtər sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarının gedişində düşmənin ən çox atəşinə məruz qalan yaşayış məntəqəsidir.