Almaniyalı jurnalist ermənilərlə azərbaycanlıların fərqindən yazdı

13 Oktyabr, 2020 11:16 | Siyasət | Baxış sayı: 135
Yulian Röpke
Yulian Röpke

“Tanımadığım azərbaycanlılar instaqramda mənim köhnə pitsamı bəyəndiyi halda, yad ermənilər nifrət dolu rəylər göndərirlər. İnternet təəccübləndirir”.

İstiPress-in məlumatına görə, bunu Almaniyanın araşdırmaçı jurnalisti, “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktoru Yulian Röpke tvitterdəki hesabında yazıb.

Qeyd edək ki, Y.Röpke münaqişələr üzrə ekspertdir. O, yazılarında erməni silahlılarının Gəncəyə hücumunu qınayıb, Ermənistanın dinc əhaliyə qarşı təcavüzü barədə məlumat verib, Ermənistan ordusunun Azərbaycan PUA-ları qarşısında acizliyindən bəhs edib. O həmçinin Ermənistan Müdafiə Nazirliyinin yalanlarını da ifşa edib.

Almaniyanın araşdırmaçı jurnalisti Yulian Röpke Azərbaycan Ordusuna aid pilotsuz uçan aparatların (PUA) guya vurulduğu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı videoçarxın saxta olduğunu üzə çıxarıb. Bu barədə o “Twitter” səhifəsində paylaşım edib.

“İpucu: əgər dron vurduğunuzu iddia edirsinizsə, hava hücumundan müdafiə sisteminizin nişan aldığı dar korpuslu ikimühərrikli mülki təyyarə göstərməyin”, - Y.Röpke vurğulayıb.  Onun bu paylaşımı sosial şəbəkədə Ermənistan Müdafiə Nazirliyini gülünc obyektinə çevirib.

Qeyd edək ki, münaqişələr üzrə ekspert olan Yulian Röpke Almaniyanın məşhur “Bild” nəşrinin Siyasət şöbəsinin məsul redaktorudur. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusuna məxsus PUA-nın guya vurulması barədə Ermənistan tərəfinin açıqlamasının həqiqətə uyğun olmadığını, bunun növbəti dezinformasiya xarakterli məlumat olduğunu bildirib.