Trampdan hər kəsin gözlədiyi Türkiyə açıqlaması

13 Oktyabr, 2018 13:47 | Siyasət | Baxış sayı: 221
Donald Tramp
Donald Tramp

Rahibin azad edilməsindən sonra Türkiyəyə qarşı sanksiyalar davam edəcək?

ABŞ prezidenti Donald Tramp 20 ildi Türkiyədə yaşayan və ötən gün həbsdən azad edilən amerikalı rahib Endryu Bransonla bağlı növbəti gərginliyə səbəb ola biləcək açıqlama verib.

İstiPress-in məlumatına görə, o, "Bransonun azad edilməsi məmnunedici haldır. Onu Oval ofisdə qonaq edəcəyəm" deyə bildirib.

Bundan sonra jurnalistlər ona amerikalı keşişin azad edilməsindən sonra Türkiyəyə qarşı sanksiyaların aradan qaldırıb-qaldırılmayacağı ilə bağlı sual ünvanlayıblar. O isə cavabında rahiblə bağlı Türkiyə ilə hər hansı anlaşmanın olmadığını bildirib. 

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib Endryu Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilmişdi. Rahibin həbsi iki ölkə arasındakı münasibətləri gərginləşdirib. ABŞ Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. Bundan sonra türk lirəsi sürətlə dəyər itirməyə başlayıb və məzənnə 1 dollar üçün 4,6 lirədən 7 lirəyə kimi yüksəlmişdi. 

Ötən gün baş tutan prosesdən sonra rahib azadlığa buraxılıb və hərbi təyyarə ilə 20 il yaşadığı türkiyəni tərk edib.