Üçüncü Qarabağ müharibəsi başlayır

13 Oktyabr, 2017 10:27 | Siyasət | Baxış sayı: 2346
Azərbaycanın aldığı "Solntsepek"lər döyüş zamanı
Azərbaycanın aldığı "Solntsepek"lər döyüş zamanı

“Ermənistanda əsgərliyə çağırmağa adam tapılmayacaq”

Bəzi erməni ekspertlər Azərbaycanın  Qarabağ münaqişəsini üçüncü mərhələyə - soyuq müharibə mərhələsinə keçirib.

İstiPress-in məlumatına görə, belə düşünən erməni ekspertlərindən biri - politoloq Levon Şirinyan Ermənistanın populyar analitka portalı “Lragir”ə müsahibəsində bildirib:

“Azərbaycanın strategiyası aydındır - Ermənistanın iqtisadiyyatı tam məhv olana, ölkə mühacirət nəticəsində boşalana kimi vaxtı uzatmaq. Mühacirəti bizdə dayandırmırlar, istehsalat inkişaf etmir, korrupsiya çiçəklənir. Əgər biz inkişaf etmiş dövlətə çevrilməyəcəyiksə, əgər 15-20 il belə davam edəcəksə, əsgərliyə çağırmağa adam tapılmayacaq”,- deyə Şirinyan vurğulayıb.

Erməni politoloq bunu Qarabağ müharibəsinin üçüncü mərhələsi adlandırıb: “Azərbaycan məsələni iki dəfə müharibə ilə həll etməyə çalışdı, amma uğursuz oldu. Birinci müharibədə onlar rayonları bir-birinin ardınca itirdilər, ikinci müharibədə müəyyən qədər texnika məhv etdilər, strateji önəmi olmayan bir neçə hektar ərazi götürdülər. İndi onlar yenə köhnə məsələyə qaydırlar - Ermənistanı şam kimi söndürənə qədər gərinliyi saxlayacaqlar”.

Təbii ki, Levon Şirinyan bu məsələdə xeyli ədalətsizlik edir və faktları açıqlamaqla yanaşı Ermənistanın daxili siyasəti üçün danışır. Birinci Qarabağ müharibəsində Azərbaycanın rayonlarının işğalının əsas səbəbkarından - Moskvanın rolundan danışmır. Hələ Qarabağ münaqişəsinin açıq başlamasından bir il qabaq - 1987-ci ildə Moskvanın xeyir-duası Gürcüstanın Vaziani poliqonunda mülki müfaiə hazırlığı adı altında Ermənistan üçün 80 minlik ordu düzəldilmişdi. Həmin ordu yüngül artileriya və zirehli texnika ilə təchiz olunmuş moto-atıcı birliklərdən ibarət olmalı idi.

Dərslərin ermənicə getdiyi həmin təlimlərə yanlış olaraq Ermənistandan bir neçə azərbaycanlı da çağırmışdılar və onlar dəhşətlə həmin ordunun Naxçıvan, Gəncə və Qarabağı işğal etmək üçün yaradıldığını deyirdilər. Erməni ordusunun gələcək əsgərlərinə SSRİ-nin tezliklə dağılacağına, Ermənistanın buna hazır olmasının vacibliyini vurğulayırdılar.

Moskva potensial münaqişə ərazilərində - Qarabağda, Naxçıvanda və Gəncə ətrafında, həmçinin Ermənistanın azərbaycanlılar yaşayan bölgələrində - Göyçədə, Qaraqoyunluda, Zəngəzurda və Ağbabada azərbaycanlılarda olan ov tüfəngləri yığırdı. Ermənilərə isə əks münasibət göstərilirdi. Həmin illərdə Qarabağda komsomol katibi işləmiş erməni politoloq İqor Muradyanın dediyinə görə, 1986-cı ildən başlayaraq Moskva Qarabağda erməni əhalini silahlandırmağa başladı.

1989-cu ildə isə yenə də Moskvanın xeyir-duası ilə Monte Melkonyan kimi erməni terrorçular dünyanın hər yerindən Qarabağa çağrıldı. İlk vaxtlar erməni terrorçular Dağlıq Qarabağla yanaşı Şaumyan rayonunda, Şəmkir və Xanlar rayonlarının dağ kəndlərində, Daşkəsənin erməni kəndlərində də yerləşdirilmişdi. Azərbaycan onda Naxçıvanı işğaldan qorumaqla Gəncə ətrafını da erməni terrorçulardan təmizlədi. Azərbaycanın ən böyük qələbəsi 1993-1994-cü illərdə  baş vermiş Horadiz döyüşlərində oldu, onda Ermənistan ordusu 15 mindən çox əsgər itirdi. Rusiya məsələyə açıq hərbi müdaxilə edərək Azərbaycanı təhdid etdi və əks-hücumları dayandırmağı tələb etdi. Beləliklə, Ermənistanla Azərbaycan arasında  atəşkəs imzalandı. 

Aprel döyüşlərinin ssenarisi
Aprel döyüşlərinin ssenarisi

Moskva ermənilərin İkinci Qarabağ müharibəsi adlandırdığı 2016-cı ildə baş vermiş aprel döyüşlərinə müdaxilə edərək Azərbaycan ordusunun əks-hücumunu dayandırdı. Bun Serj Sarkisyan da etiraf edib, o, hətta Azərbaycan, Rusiya və Ermənistan ordularının baş qərargah rəislərinin nə danışdığından xəbərsiz olduğunu da bildirib. Ermənilər aprel döyüşlərində 20-yə yaxın tank, 2 strateji yüksəklik və 1000 hektar ərazi itirdilər.  

Amma Levon Şirinyan Moskvanın ermənilərə bu qədər havadarlıq etməsini yetərli saymır. “İstəsəydi Rusiya Ermənistanı təpədən dırnığa kimi silahlandırardı”,- deyə bildirən erməni politoloq əksər erməni siyasətçilər kimi son günlərini yaşayan 15-ci əsr Bizansının təfəkkürünü nümayiş etdirir. 1453-cü il öncəsi Bizans imperatoru 2-ci Konstantin qərbin bütün xristian ölkələrinə müraciət edərək müsəlmanlara qarşı mübarizədə dəstək istəyirdi. Amma Qərb ölkələri bu məsələdə türkləri dəstəkləməyi üstün tutdular. Çünki gənc Fateh İstanbula qarşı tələblərinin əsası olduğunu xristian Qərbinə başa sala bildi.

İnşallah, eyni taleyi ermənilər də yaşayacaqlar - Azərbaycan tarixi türk şəhərləri olan İrəvana və Gümrüyə olan iddialarının hüquqi əsası olduğunu bütün dünyaya başa sala biləcək. Levon Şirinyanın dediyindən belə çıxır ki, həmin tarixə çox az qalıb: 15 - 20 il. Amma erməni ekspertin Dördüncü Qarabağ müharibəsi adlandırdığı həmin döyüşlərə Azərbaycan çox ciddi hazırlaşmalıdır.  

Çingiz Rüstəmov / İstiPress