Türk ordusu müharibə zonasına girdi

13 Oktyabr, 2017 08:45 | Siyasət | Baxış sayı: 156
Türk zirehli maşınları
Türk zirehli maşınları

Bölükdə 12 zirehli avadanlıq və 120 hərbçi var

Günlərdir Suriya ilə sərhəddə hərbi qüvvə toplayan Türkiyə İldibə girdi. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, oktyabrın 8-dəki kəşfiyyata başlayan Silahlı Qüvvələrin 12 zirehli maşını və 120-yə yaxın hərbçisi savaş zonasına daxil olub. Hərbçilər bölgəyə daxil olmamışdan öncə pilotsuz uçan aparat vasitəsi ilə ərazi izlənilib.

Bundan başqa 15 tank sərhəddə hazır vəziyyətə gətirilib. Suriyaya göndərilən hərbçi və texnika sayının yaxın günlərdə artırılacağı istisna edilmir. 

Xatırladaq ki, Türkiyənin Suriyada ikinci böyük əməliyyata başlayacağı barədə məlumat hələ bir neçə ay əvvəl verilmişdi. İstiPress-in məlumatına görə, bu barədə mərkəzi Rusiyada yerləşən Strateji Mədəniyyət Fondu "Fərat Qalxanı" hərbi əməliyyatının ikinci mərhələsinin başlayacağını proqnozlaşdırırdı. 

Məlumata görə, əməliyyatın ikinci mərhələsində Türkiyədən əlavə İran və Rusiya da qoşulmalıdır. Türkiyə şimaldan, adıçəkilən ölkələr terrorçuların olduğu İldibə cənubdan daxil olacaqlar.