Putin İlham Əliyev və Ruhani ilə görüşmək üçün İrana gedir

13 Oktyabr, 2017 09:44 | Siyasət | Baxış sayı: 104
Azərbaycan, Rusiya və İran prezidentləri
Azərbaycan, Rusiya və İran prezidentləri

Səfər noyabrda baş tutacaq

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü olacaq. İstiPress-in TASS-a istinadla verdiyi məlumata görə, İlham Əliyev, Vladimir Putin və Həsən Ruhaninin növbəti görüşü İranın paytaxtı Tehranda baş tutacaq.

Məlumata görə, Putin Yeni ilə kimi Tehrana səfər etməyi planlaşdırır. Məhz bu səfər zamanı üçtərəfli görüşün keçirilməsi də nəzərdə tutulub. Bu barədə açıqlamanı rusiyalı liderin köməkçisi Yuriy Uşakov verib. 

Artıq şimal qonşumuzun dövlət başçısının səfərinin vaxtı da bəllidir. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov səfərin noyabrın 1-də baş tutacağını deyib.

Xatırladaq ki, liderlərin ilk üçtərəfldi sammiti ötən ilin avqust ayında Bakıda baş tutub. O zaman İ.Əliyev, V.Putin və H.Ruhani birgə iqtisadi layihələri, regional təhlükəsizlik məsələləri, eləcə də "Şimal-Cənub" nəqliyyat dəhlizini müzakirə etmişdilər.