Misirdə yeni piramida kəşf edildi

13 Oktyabr, 2017 19:51 | Siyasət | Baxış sayı: 245
Misir piramidaları
Misir piramidaları

Piramidanın hündürlüyü 130, eni isə 110 sm-dir

Misirin paytaxtı Qahirədə yeni piramida aşkar edilib.

Piramidanın altıncı xanədana məxsus olduğu bildirilir. Altıncı xanədan eramızdan əvvəl 2345-2181-ci illər arasında Misirdə hakimiyyətdə olub.

Misir tarixi əsərlər nazirliyindən verilən açıqlamada deyilir: "Cenevrə universitetindən isveçrəli və fransızlardan ibarət arxeoloji qrup Gizanın qərbindəki Sakkarada çəhrayı qranitdən inşa edilmiş kiçik piramida tapıb".

Piramidanın hündürlüyü 130, eni isə 110 sm-dir. Arxeoloji qrupun rəhbəri Filip Kollombert qeyd edib ki, piramida şahzadə II Ankhenespepy üçün inşa edilmiş ola bilər./Ölkə.az