Ərdoğan İdlib əməliyyatının başladığını elan etdi

13 Oktyabr, 2017 17:19 | Siyasət | Baxış sayı: 141
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

"Rusiya, Türkiyə və İran üçümüz birlikdə qərar qəbul etdik"

"Vaxtında bildirmişdik ki, bir gecə qəflətən Suriyaya girə bilərik. Dediyimizi etdik də".

İstiPress-in "Haberler"ə  istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Ərdoğan İdlib əməliyyatının başladığını da deyib: "Biz Astana prosesinə başladıq. Rusiya, Türkiyə və İran üçümüz birlikdə qərar qəbul etdik. Dünən gecə Türkiyə Silahlı Qüvvələri İdlibdə əməliyyata başladı. Heç kim bizə bunu niyə etdiniz deyə bilməz. Suriya ilə sərhədi olan bizik".