Əliyev Sarkisyan görüşünün tarixi bilindi YENİLƏNİB

13 Oktyabr, 2017 13:04 | Siyasət | Baxış sayı: 274
İlham Əliyev və Serj Sarkisyan
İlham Əliyev və Serj Sarkisyan

Görüş oktyabrın 16-da olacaq

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün tarixi açıqlanıb. Azərbaycan XİN-dən verilən məlumata görə,  İlham Əliyev və Serj Sarqsyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün oktyabrın 16-da Cenevrədə görüşəcəklər. 

Saat 08:25

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyanın növbəti görüşünün vaxtı bəllidir. Dövlət başçıları gələn həftə İsveçrənin Cenevrə şəhərində bir araya gələcəklər.

İstiPress-in erməni mətbuatına istinadla verdiyi məlumata görə, bunu Ermənistanın hakim Respublika partiyasının sədr müavini Armen Aşotyan deyib. O, hakim partiyanın iclasından sonra bu barədə açıqlama ilə çıxış edib. 

Aşotyan görüşün ATƏT-in Minsk qrupunun təşəbbüsü ilə baş tutacağını qeyd edib.