Azərbaycanın bir addımlığındakı S-400 ABŞ-ı qorxuya saldı

13 Oktyabr, 2017 09:17 | Siyasət | Baxış sayı: 696
S-400
S-400

"Türkiyənin Rusiyadan “S-400” əldə etməsi problemdir"

Türkiyənin Rusiya istehsalı olan və dünyanın ən güclü silahlarından biri hesab edilən S-400 zenit-raket kompleksini alması Amerikanı narahat edib. İstiPress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, Dövlət Departamentinin sozcüsü Hezer Nouert bu barədə bəyanat verib.

"NATO üzvü olan ölkələrin bu qurumun sistemlərinə uyğun hərbi texnikadan istifadə etməsi önəmlidir".  Sözcü gündəlik brifinqdə Türkiyənin S-400 almasının narahatlıq yaradan bir vəziyyət olduğunu deyib. "Türkiyə bəhs edildiyi kimi S-400-ləri alarsa bu standartlara uyğun olmaz. Bu isə bizim üçün narahatalıq yaradan vəziyyətin ortaya çıxması deməkdir". 

Türkiyənin Rusiyadan  silah alması ABŞ-ın NATO-dakı nümayəndəsini də narahat edib. ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib ki, Türkiyənin bu qərarı problemlidir. "Bu qərar NATO-da həyəcana səbəb olub. Çünki bu sistem alyansın istifadə etdiyi sistemə uyğun deyil", deyə o "Washington Post"a müsahibəsində qeyd edib.

Bununla belə Xatçison bir neçə dəfə Türkiyənin ABŞ-ın əsas partnyotlarından biri olduğunu, Vaşinqtonun Ankaa ilə əməkdaşlıqda maraqlı olduğunu da vurğulayıb. 
“ABŞ Türkiyənin Rusiya ilə yaxınlaşmasını istəmir. Bu bizim marağımızda deyil. Bu heç Türkiyənin özünün də marağında deyil”.