Avropada yeni Qarabağ cəbhəsi

13 Oktyabr, 2017 13:08 | Siyasət | Baxış sayı: 307
Avropada müharibənin proqnozu
Avropada müharibənin proqnozu

Qarabağ separatizmi Avropada "metastaz" verir

Bu həftə Kataloniya vahid və bütöv İspaniyanın dağılması yolunda son addımlarını atdı. Qanunsuz referendumun nəticələrini isə heç bir ölkə tanımadı.

Bu gün beynəlxalq ictimaiyyət Qarabağda qurulmuş separatçı rejimi də tanımır. Kataloniyanın taleyi hər bir separatçı kimi Ermənistanı da narahat edir. Onlar yaxşı başa düşürlər ki, Kataloniyanın dünya birliyi tərəfindən tanınmaması gələcəkdə onların da separatçı planlarının üstündən xətt çəkir.

Rusiyada Milli Strategiya İnstitutunun prezidenti Mixail Remizov bu günlərdə qeyd edib ki, Kataloniyada və Dağlıq Qarabağda yaradılmış bu qrumların dünya ictimaiyyəti tərəfindən suveren dövlət kimi tanınmasının heç bir obyektiv əsası yoxdur.

Separatizmin qarşısının alınmaması isə artıq onun xərçəng xəstəliyi kimi metastaz verməsinə gətirir

Rus ekspertin sözlərinə görə, dünya erməni separatçılarının hərəkətinə heç bir hüquqi-siyasi qiymət də verməyib. ABŞ başda olmaqla bir sıra qərb dövlətləri öz şəxsi maraqları naminə bu regionda baş verənlərə ümumi qiymət vermək üçün əsaslı seçim etməyiblər. Məhz bu səbəbdən də erməni tərəfi hələ ümid edir ki, vəziyyət onların xeyrinə dəyişə. Separatizmin qarşısının alınmaması isə artıq onun xərçəng xəstəliyi kimi metastaz verməsinə gətirir.

Digər bir ekspert, Rusiya Elmlər Akademiyasının Avropa araşdırmaları mərkəzinin baş elmi işçisi Vladimir Olençenko deyir ki, bu gün Avropanın istənilən ölkəsi separatizm təhlükəsi ilə üz-üzədir. İspaniyanın taleyi Avropa Birliyini narahat edir və məcbur edir ki, separatizmin yayılmaması üçün praktiki addımlar atsın.

Ancaq bu şəkildə birdəfəlik bundan yaxa qurtarmaq olar. Hansı ki, Avropada sülhə və təhlükəsizliyə təhdiddir. Ermənistan kimi ölkələr separatizmdən məharətlə istifadə edərək Cənubi Qafqazda ikinci erməni dövləti yaratmaq istəyir. 

Kataloniyadakı referendum barədə yazan Rusiya mətbuatının məşhur erməni təbliğatçısı Nike Tarasov özünəməxsus şəkildə yazır ki, ABŞ və Fransa Bakını bilyard şarı küncə vuraraq məğlubiyyəti dərk etməyə məcbur edəcək.

Bu gün Ermənistanda ümid edirlər ki, İspaniyada nəsə olacaq. İrəvanda yaxşı başa düşürlər ki, bu, onlara çox pis təsir edəcək. Dünya yeni inqilablar, müharibələr və separatçılıq istəmir. Kataloniyada baş verənlər də bunu sübut edir.

Mais Məmmədov/əməkdar jurnalist