Ata-anasını İŞİD-çıların öldürdüyü Abdulla Bakıda

13 Oktyabr, 2017 10:15 | Siyasət | Baxış sayı: 126
İraqdakı uşaq evində tapılan azərbaycanlı
İraqdakı uşaq evində tapılan azərbaycanlı

Azyaşlı yaxın qohumlarına təhvil veriləcək

Hər iki valideyni İŞİD terrorçuları tərəfindən öldürülən, İraqda uşaq evində saxlanılan, adı Abdulla olduğu deyilən azərbaycanlı uşaq ölkəmizə gətirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, uşağı Azərbaycanın İraqdakı səfirliyi əməkdaşının müşayiət edib. XİN rəsmisi deyib ki, hazırda Abdulla adlandırılan uşağın qohumlarına verilməsi üçün lazım olan prosedurlar yerinə yetirilir. 

Digər azərbaycanlı uşaqların da müəyyənləşdirilməsi və vətənə gətirilməsi üzərində iş aparılırr.

Xatırladaq ki, Bağdadakı uşaq evində saxlanılan iki azyaşlı RT telekanalının əməkdaşlarının çəkilişi zamanı tapılıb. Adlarının Xədicə və Abdulla olduğu deyilən uşaqların valideynlərinin terrorçular tərəfindən öldürüldüyü güman edilir.  "Biz bu kadrları Bağdaddakı sığınacaqda çəkmişik. Onları bu sığınacağa sentyabrın 12-də Təl-Afərdən gətiriblər". 

Daha sonra Azərbaycanın İraqdakı səfirliyinin konsulu Zəbi Axundov İraqda uşaq evində saxlanılan, adı Abdulla olduğu deyilən azərbaycanlı uşağa baş çəkib