Komandasından Paşinyana zərbə

13 Sentyabr, 2019 13:19 | Siyasət | Baxış sayı: 59
Paşinyan
Paşinyan

Erməni baş nazirin ümid yeri dəyişir

Paşinyan artıq öz komandasına da inanmır. Bunu Ermənistanda dərc edilən “Past” qəzeti yazır. Qəzetin iddiasına görə, Ermənistanın baş naziri reytinqi düşərsə onun üçün qalxan rolunu oynayacaq ehtiyat qüvvələrin yaratmağa başlayır. Reytinqinin düşəcəyi isə dəqiqdir. Bunun üçün səbəblər kifayət qədərdir  - iqtisadiyyatın pisləşməsi, qiymət artımı, işsizlik və s.

Nəşr yazır ki, Nikol Paşinyanın komandası artıq çoxdandır ki, baş nazirin istədiyi kimi vahid şəkildə fəaliyyət göstərmir. Ekspertlər hesab edirlər ki, ölkədə baş verən son hadisələr göstərir ki, komanda heç də hər zaman və hər an öz baş nazirlərini dəstəkləməyə hazır deyil. Paşinyanın da narazılığı artıq ictimai şəkildə özünü biruzə verir.

"Komandası baş nazirin ümid edə biləcəyi bir yer deyil. Bunun üçün də özünəməxsus kadr profilaktikası, yeni komanda yaratmaq haqqında düşünmək qərarına gəlib".