Davudoğlu Ərdoğanın partiyasından çıxdı

13 Sentyabr, 2019 17:30 | Siyasət | Baxış sayı: 103
Əhməd Davudoğlu
Əhməd Davudoğlu

"İllərlə alın tərimiz, əməyimizi verdiyimiz partiyamızdan istefa edirik"

Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu komandasının bəzi üzvləri ilə birlikdə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verib. Keçmiş nazir bunu Beysukentdə keçirdiyi mətbuat konfransında açıqlayıb.

"AKP-nin öz sədr müavinini ixrac etdiyini görmə üzüntüsündən qurtulmaq üçün illərlə alın tərimiz, əməyimizi verdiyimiz partiyamızdan istefa edirik". Davudoğlu yeni bir siyasi yola çıxmağın tarixi məsuliyyət olduğunu deyib.

Artıq hakim partiya Davudoğlu və komandasının bəzi üzvlərinin istefası ilə bağlı açıqlamalar verib. AKP-nin İspartadan olan millət vəkili Recep Özel vətəndaşın, millətin cızdığı yoldan çıxanların hər yerdən istefa verə biləcəklərin açıqlayıb. 

Qeyd edilir ki, Ə. Davudoğlu 31 mart bələdiyyə sədri seçkilərindən sonra baş verənlərlə bağlı AKP-də fikir ayrı-seçkiliyi olduğunu və partiyanın parçalanma təhlükəsi yaşadığını bildirmişdi.

Sentyabrın əvvəllərində AKP Əhməd Davudoğlunun, Səlcuq Özdağın, Ayxan Səfər Üstünün və Abdullah Başçının partiyadan ixrac edilməsi istəyi ilə İntizam Komitəsinə müraciət etmişdi.