Şeyxdən prezidentə bahalı jest FOTOLAR

13 Sentyabr, 2018 13:03 | Siyasət | Baxış sayı: 423
Qətər şeyxinin təyyarəsi
Qətər şeyxinin təyyarəsi

400 milyon dollarlıq VİP təyyarəsini Ərdoğana bağışladı

Qətər şeyxi Türkiyə prezidentinə bahalı hədiyyə edib. İstiPress-in məlumatına görə, bu barədə "TRT Haber" məlumat yayıb. Şeyx Temim bin Hamed Al Sani özünün şəxsi VİP təyyarəsini Rəcəb Tayyib Ərdoğana hədiyyə edib. Təyyarə bu gün Sabiha Gökçen Hava limanına gətirilib. 

Məlumata görə, şeyxin lüks təyyarəsinin 400 milyon dollar dəyəri var. O, "Boeing 747-8" təyyarəsini Ərdoğana olan xüsusi simpatiyasına görə bağışlayıb.

Normalda 400 sərnişin üçün nəzərdə tutulan təyyarə xüsusi şəkildə yenidən dizayn edilib. Bundan sonra sərnişin sayı 76-ya kimi azalıb. Təyyarədə 7 yataq otağı, 2 salon, toplantı otaqları, hətta kiçik tibb məntəqəsi də var.