Rusiya XİN-dən Qarabağ açıqlaması

13 Sentyabr, 2018 18:51 | Siyasət | Baxış sayı: 274
Rusiya XIN
Rusiya XIN

"Müvafiq ölkələrdə verilən bəyanatları da analiz edirik"

Dağlıq Qarabağ tənzimlənməsi məsələsi üzrə Rusiyanın mövqeyi dəyişməz qalır.

İstiPress-in məlumatına görə, bunu bugünkü mətbuat konfransında Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Əlbəttə ki, Dağlıq Qarabağ tənzimlənməsinin yollarını da, müvafiq ölkələrdə verilən bəyanatları da analiz edirik. Xatırlatmaq istərdim ki, Dağlıq Qarabağ tənzimlənməsi məsələsi üzrə Rusiyanın mövqeyi dəyişməz qalır”, - o bildirib.

Zaxarova qeyd edib ki, öz tərəfindən Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi vasitəçilik missiyasını davam etdirəcək.