Putin Ermənistana gedəcək

13 Sentyabr, 2018 09:04 | Siyasət | Baxış sayı: 107
Nikol Paşinyan və Vladimir Putin
Nikol Paşinyan və Vladimir Putin

Hələlik səfərin nə zaman baş tutacağı bəlli deyil

Rusiya Federasiyasının prezidenti Ermənistana rəsmi səfər edəcək. Lakin səfərin dəqiq tarixi bəlli deyil. Bu barədə “İzvestiya” qəzeti prezidentin mətbuat katibi Dmitri Peskova istinadla məlumat yayıb. "Vaxt razılaşdırılacaq”, deyə o bildirib. 

Ekspertlər hesab edirlər ki, bu səfər Ermənistanın daxili siyasi vəziyyəti, ölkədə durmadan artan siyasi qalmaqallarla bağlıdır.

Bəzi politoloqlar isə səfərin ümumiyyətlə bu il baş tutmayacağı qənaətindədirlər. Ola bilsin ki, səfər daha gec - bu Cənubi Qafqaz ölkəsində vəziyyət nisbətən aydınlaşdıqdan sonra olsun.