Paşinyanı gözləyən iki böyük müharibə

13 Sentyabr, 2018 20:55 | Siyasət | Baxış sayı: 824
Azərbaycanın təmas xəttindəki özü yeriyən artilleriyası
Azərbaycanın təmas xəttindəki özü yeriyən artilleriyası

Erməni baş nazirin Qarabağdakı mövqeyi sələflərindən elə də ciddi fərqlənmir

Gələn ilin aprel ayında baş nazir seçilərək Ermənistan hakimiyyətini ələ keçirmək istəyən Nikol Paşinyan iki ciddi cəbhədə qələbə çalmalıdır.

İstiPress-in məlumatına görə, bu barədə Rusiyada nəşr olunan “Vestnik Kavkaza” portalında dərc olunmuş məqaləsindən rusiyalı analitik Mixail Simonov yazıb.

Onun sözlərinə görə, bu cəbhələrdən biri parlamentdir: “O, parlamentə can atırdı, halbuki, elektorat sözün  tam mənasında rusiyapərəst erməni gücləri tərəfindən işlənmişdi. Həmin sahədə oynamaq tam mənasızdır. Əks- qərb yönümlü sahədə isə ümidsizdir. O, çıxışı ortada gördü”,- deyə Simonov vurğulayıb.

Təbii ki, Paşiyan rəqiblərini ortadan götürmək üçün baş sındırıb və bu zaman hər cür şantaj mexanizmlərindən istifadə edir. Bir çox hallarda qanun çərçivəsindən kənarap çıxır - məsələn, eks-prezident statusu ola-ola Robert Koçaryanı həbs etdirir, yaxud məhkəməyə əmr verərək nəyin bahasına olursa-olsun Koçaryanın həbsi ilə bağlı qərar verməyi tələb edir.

Rəqib düşərgə də boş dayanmır. Bu günlərdə məlum olub ki, Ermənistan parlamenti xüsusi növbədənkənar iclas çağıracaq. İclasda iki güc sturukturu məmurunun telefon danışqlarının dinlənməsi məsələsinə baxılacaq. Parlament ədalətli nəticənin əldə edilməsi üçün xüsusi komissya yaratamaq istəyir.

Bu iclas azad fikir ifadə etmək, telefon danışıqları gizliliyinin pozulması və s. ilə bağlı olmalıdır. Bu, Nikol Paşinyanın imicinə ciddi zərbə ola bilər. İnternetdə yayılan 8 dəqiqəlik telefon danışığı zamanaı dəfələrlə onun  adı çəkilib. Paşiyan deyib, əmr edib, tapşırıb və s... Amma böyük ehtimalla Paşiyan bu iclasın keçirilməsinə imkan verməyəcək.  

Vladimir Putin artıq üçüncü dəfədir ki, Paşinyana eyni cür baxır
Vladimir Putin artıq üçüncü dəfədir ki, Paşinyana eyni cür baxır

Mixail Simonovun toxunduğu ikinci məsələ Qarabağ münaqişəsinin həllidir. Onun sözlərinə  görə, bu problemin həll edilməməsi ölkə üçün ciddi problemlər yaradır, Azərbaycanın tətbiq etdiyi blokada üzündən əhali Ermənistanı tərk edir. Amma erməni baş nazirin Qarabağdakı mövqeyi sələflərindən elə də ciddi fərqlənmir. O, bu məsələdə bir vaxt rəhbərliyi altında çalışdığı Levon Ter-Petrosyandan fərqlənməyə çalışır. Ter-Petrosyanın işğa edilmiş əraziləri geri qaytarmağa hazır olduğunu bəyan etməsi hakimiyyətlə vidalaşmasına səbəb oldu.

Buna görə, o, vaxt udmaq üçün mənasız bəyanatlar verir və Dağlıq Qarabağın danışıqlar masasına gəlməsinin vaxtının çatdığını iddia edir və s. Amma bu cür bəyanaitlarla heç bir nəticə əldə edə bilmiəyəcəyini və Ermənistanın blokadasının davam edəcəyini özü də bilir. Təbii ki, belə olan halda ölkədən miqrasiya davam edəəck və Ermənistan erməni xalqı üçün məzara çevriləcək.

Amma Paşiyanın çıxış yolu da var. O, bu gün səfər etdiyi Fransanın əfsanəvi lideri general De Qoll kimi davarana bilər. O vaxt De Qoll Fransa qoşununu Əlcəzairdən çıxarmağa, bu ölkəni işğal altından saxlamağın mənasız olduğuna qərar verdi. Bu qərara görə fransız millətçiləri hətta De Qollu partlatmağa çalışdılar. Amma tarix göstərdi ki, De Qoll daha doğru davranıb. Nikol Paşinyan da əfsanəvi fransız generaldan örnək olaraq Ermənstan ordusunu işğal etdiyi ərazilərdən çıxarmalıdır. Əks halda, erməni xalqının gələcək nəsilləri bu işğalın müəllifləri olan Serj Sarkisyan və Robert Koçaryanla yanaşı Nikol Paşiyanı da söyəcəklər. Çünki bu işğal Ermənistanı məhv edən əsas amilə çevrilib.