Parlament Paşinyanın imicinə ciddi zərbəyə hazırlaşır

13 Sentyabr, 2018 19:23 | Siyasət | Baxış sayı: 68
N.Paşinyan
N.Paşinyan

Parlament ədalətli nəticənin əldə edilməsi üçün xüsusi komissya yaratamaq istəyir

Ermənistan parlamenti xüsusi növbədənkənar iclas çağıracaq. İclasda iki güc sturukturu məmurunun telefon danışqlarının dinlənməsi məsələsinə baxılacaq. Parlament ədalətli nəticənin əldə edilməsi üçün xüsusi komissya yaratamaq istəyir.

Bu, azad fikir ifadə etmək, telefon danışıqları gizliliyinin pozulması və s. ilə bağlı olmalıdır. Bu, Nikol Paşinyanın imicinə ciddi zərbə ola bilər. İnternetdə yayılan 8 dəqiqəlik telefon danışığı zamanı dəfələrlə onun da adı çəkilib. O, deyib, o əmr edib, tapşırıb və s...

Xatırladaq ki, söhbət eks-prezident Koçaryan, Yuri Xaçaturov və keçmiş nazir Arutunyan haqqında olub.  

Məsələ ondadır ki, Paşainyan parlamentə toplaşamağa icazə verəcəkmi. Axı bunlar hamısı seçki ərəfəsində baş verir. Istisna deyil ki, baş nazir yenidən tərəfdaşlarının çoxluq təşkil etdiyi küçəyə müraciət edəcək, ona qarşı təxribat hazırlandığından danışacaq. Paşinyan siyasi arenadan öz əlehdarlarını korrupsiya ilə mübarizə adı altında uğurla yox edə bilir.