Koçaryan Paşinyana meydan oxudu

13 Sentyabr, 2018 15:09 | Siyasət | Baxış sayı: 128
Robert Koçaryan
Robert Koçaryan

"Hələ mənə baş qoşduğu üçün peşman olacaq"

"Paşinyan hələ mənimlə əlaqəsi olduğuna görə peşman olacaq". Bu barədə keçmiş prezident Robert Koçaryan deyib. “Mən söhbət siyasi proseslərdən gedəndə terminlərlə danışmağa öyrənməmişəm. Amma düşünürəm ki, baş nazir çox yaxında mənə baş qoşduğu üçün təəssüflənəcək.

Düşünmürəm ki, işimə baxan məhkəmənin qorxmuş hakimi prosesi gecə saat 02:30-a təyin edəcək qədər mənə nifrət etsin. Mən bunun kimə lazım olduğunu bilirəm”. 

Koçaryan nə üçün onun və Paşinyanaın barikadanın müxtəlif tərəflərində yer almaları barədə də suala aydınlıq gətirib. Keçmiş prezident baş nazirin onu təhdid kimi gördüyünü  bildirib.

“Təəssüf ki, hakimiyyətə tamamilə başqa geosiyasi prioritetləri olan komanda gəlib. Bu çox pisdir. Mən onlara heç inanmıram”.