İsraillə hərbi sahədə mühüm görüş

13 Sentyabr, 2018 14:40 | Siyasət | Baxış sayı: 206
Aviqdor Liberman - İsrailin müdafiə naziri
Aviqdor Liberman - İsrailin müdafiə naziri

İlham Əliyev müdafiə naziri Aviqdor Libermanı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

IstiPress, görüşdə Azərbaycan ilə İsrail arasında iqtisadi, hərbi, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından məmnunluq bildirildi, Aviqdor Libermanın ölkəmizə səfərinin əməkdaşlıq işinə öz töhfəsini verəcəyinə ümidvarlıq ifadə olundu.

Söhbət zamanı Azərbaycanda digər icmalarla yanaşı, yəhudi icmasının nümayəndələrinin də dinclik və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olundu, onların ölkəmizin ictimai həyatında fəal rol oynadıqları bildirildi.