Erməni deputatlar birləşə bildi - striptiz kluba görə

13 Sentyabr, 2018 11:27 | Siyasət | Baxış sayı: 62
Klub
Klub

Ölkə üçün çox vacib qərarı qəbul edə biliblər

Ermənistan parlamenti ölkənin gələcəyi üçün çox önəmli olan qanunu təsdiqləyib. Söhbət striptiz klublardan gedir. Parlamentin deputatları yekdil şəkildə ölkədə striptizin məhdudulaşdırlması dəstəkləyiblər. Onlar ölkədə siyasi qalamaqallar olduğu bir zamanda yarıçılpaq, çılpaq erməni gözəlçələrə baxmağın doğru olmadığını düşünürlər. Bu, onların fikrincə, xalqın diqqətini əsas məqsədlərdən – qüdrətli Ermənistan qurmaqdan yayındıra bilər. Diqqət yayındıran obyektlər sırasında diskoteka, sauna, karaoke və s..də var. 

Amma deputatlar striptizsiz də qalmağı düzgün saymırlar. Bunun üçün də onlaın harada yerləşməsi ilə bağlı qərra verməyi yerli icra orqanlarına həvalə ediblər. Axı erməni deputatlar özləri "sevgi alverçilərinə" baxmaq istəyirlər.

Erməni mətbuatı isə fəxrlə yazır ki, deputatlar ölkə üçün çox vacib olan bu məsələdə yekdillik nümayiş etdirə biliblər. Bu isə çox nadir halda baş verir.