Zakir Həsənov İsrail Ordusunun mərkəzində

13 Sentyabr, 2017 13:01 | Siyasət | Baxış sayı: 196
Zakir Həsənov - Azərbaycan müdafiə naziri
Zakir Həsənov - Azərbaycan müdafiə naziri

Müdafiə naziri İsrail orusunun mərkəzlərinə gedib. 

İsrailə rəsmi səfəri çərçivəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub.

Qurumun strukturu və fəaliyyəti ilə tanış olan Müdafiə nazirinə bildirilib ki, Mərkəzin əsas məqsədi qoşunların təşkili, idarə olunması, onlara nəzarət və digər tapşırıqlardan ibarətdir.