Jirinovski Putinin partiyasını Maydanla hədələdi

13 Sentyabr, 2017 14:33 | Siyasət | Baxış sayı: 131
Jirinovski
Jirinovski

"Sizin seçkilər biabırçılıqdır"

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski hakim Vahid Rusiya Partiyasını sərt tənqid edib.

Partiya sədri "Rossiya-1" televiziyasında bir verilişdə çıxışı zamanı ölkədə keçirilən yerli şuralara keçirilən seçkiləri biabırçılıq adlandırıb.

Jirinovski Rusiyada Maydan təşkil edəcəyini söyləyib:

“Sizin seçkilər biabırçılıqdır. Bizə nə qədər çox təzyiq etsələr, o qədər güclü birləşəcəyik. Biz sizə elə Maydan təşkil edəcəyik ki, Kiyevdə olanları giləmeyvə kimi görəcəksiniz. Bizimlə ordu və FSB də olacaq. Onlar da sizin təzyiqlərinizdən yorulublar”.