Ermənilər Azərbaycan ərazilərində növbəti təlimlərə başladı

13 Sentyabr, 2017 13:53 | Siyasət | Baxış sayı: 139
Təlimlər
Təlimlər

Ağır artilleriyadan açılan atəş səsləri Ağdamın işğal altında kəndlərində eşidilir

Ermənistan silahlı qüvvələri bu gün səhər saatlarından Azərbaycanın işğal altında olan Ağdam rayonunda növbəti irimiqyaslı təlimlərə başlayıb.

İstiPress APA-ya istinadən xəbər verir ki, Bağmanlar adlanan ərazidə keçirilən təlimlərdə ağır artilleriyadan, zirehli texnikalardan istifadə olunur.
 
Ağır artilleriyadan açılan atəş səsləri Ağdamın işğal altında kəndlərində, ətraf Ağcabədi və Bərdə rayonlarında aydın eşidilir.