Türkiyənin hərbi rəhbərliyi tam heyətlə Bakıya gəldi

13 Avqust, 2020 09:57 | Siyasət | Baxış sayı: 32
Hülusi Akar
Hülusi Akar

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycana səfər edib.

İstiPress-in "Sözcü"yə istinadən məlumatına görə, onu Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler,  Quru Qoşunları komandanı ordu generalı Ümit Dündar, Hərbi Dəniz Qüvvələri komandanı admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Hasan Küçükakyüz müşayiət edir. 

Türkiyənin geniş tərkibdə hərbi nümayəndə heyəti Azərbaycan-Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin birgə döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin Yüksək Səviyyəli Müşahidəçi günü çərçivəsində təlimlərin birinci mərhələsinin son epizodunu izləyəcək.