Putin Mehriban Əliyevanı mükafatlandırdı

13 Avqust, 2019 15:50 | Siyasət | Baxış sayı: 129
Mehriban Əliyeva
Mehriban Əliyeva

Rusiya Prezidenti fərman imzalayıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın "Dostluq" ordeni ilə təltif edilib.

İstiPress-in məlumatına görə, bu barədə "İnterfaks-Azərbaycan" xəbər yayıb.

Bildirilir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı avqustun 9-da fərman imzalayıb.

Fərmana əsasən, Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafı və möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edilib.