Ermənilər Azərbaycan ordusunun erməni əsgəri oğurladığını iddia edir

13 Avqust, 2019 09:43 | Siyasət | Baxış sayı: 349
Araik Kazaryan Azərbaycan ordusuna təslim olan zaman
Araik Kazaryan Azərbaycan ordusuna təslim olan zaman

Ermənistan ordusu yerli mətbuata tam məlumat vermək istəmir

Bu gün avqustun 13-də erməni saytların bir çoxu iddia edir ki, Azərbaycan ordusu düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Araik Xaykoviç oğurlayıb.

İstiPress-in məlumatına görə, hətta Ermənistan Müdafiə Nazirlyinin mətbuat xidməti öz "Facebook" sadəcə hansısa erməni millətindən olan vətəndaşın Azərbaycan ordusunun əlində olmasını bildirməklə kifayətlənib. Amma onun kim olduğu açıqlanmır.  

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, isə avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Araik Xaykoviç bölmələrimizin sayıqlığı nəticəsində saxlanılıb. İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.

Lakin Rusiyanın ermənipərəst "Regnum" saytının yazdığına görə, o, Araik Kazaryan Ermənistanın Vayosdzor vilayətinin Exeqis kəndində anadan olub, 2019-cu ilin yanvarında Ermənistan qanunvericiliyinə uyğun orduya çağrılıb, Qarabağa göndərilib. Araikin qardaşı da hərbi qulluqçudur, amma o muzdlu kimi xidmət edir. "Regnum" iddia edir ki, o bu yaxınlarda məzuniyyətdə olub və hərbi xidmətdən narazılıq etməyib. Portalda dərc olunmuş məqalədə həm də iddia edilir ki, azərbaycanlılar Kazaryanın gəlişinə sanki hazır kimi görünürlər.  

"Sputnik Armeniya" portalı isə Ermənistan ordusnun Azərbaycanın işğal edilmiş ərazilərində fəaliyyət göstərən hiossəsinin mətbuat xidmətinə istinadən yazır ki, erməni əsgər Azərbaycan tərəfə könüllü keçib. Bu, Azərbaycan tərəfinin açıqlamalarına da uyğun gəlir.      

Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında isə bildirilir ki, erməni hərbi qulluqçu A.X.Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür.