“Könüllü olaraq döyüşə getmək üçün çoxsaylı müraciətlər olub”

13 İyul, 2020 14:37 | Siyasət | Baxış sayı: 116

"Ehtiyatda olan vətənpərvər Azərbaycan gəncləri könüllü olaraq döyüşə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə çoxsaylı müraciətlər ediblər".

İstiPress-in məlumatına görə, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmət məlumat yayıb. 

 "Vətənin müdafiəsini qanunla müəyyən edilmiş vəzifədən əlavə, özünə mənəvi borc bilən vətəndaşlarımıza təşəkkürümüzü bildiririk” -, deyə açıqlamada deyilir.