Düşmən Naxçıvan istiqamətində də fəallaşdı

13 İyul, 2020 17:41 | Siyasət | Baxış sayı: 291

Azərbaycan Müdafiə Nazirliyi düşmənin iki ölkə dövlət sərhədinin daha bir istiqamətində-Naxçıvan istiqamətində də fəallaşdığını bəyan edir.

Nazirliyin yaydığı məlumata əsasən Ermənistan silahlı qüvvələrinin bölmələri iyulun 12-si saat 22:45-dən etibarən iyulun 13-ü saat 00:40-dək iriçaplı silahlardan da istifadə etməklə Şahbuz və Culfa rayonları istiqamətində müdafiə olunan müvqelərimizi atəşə tutub.

Düşmənin atəşkəs rejimini pozması zamanı əsasən izburaxan və yandırıcı mərmilərdən istifadə etməsi ara boşluğunda olan 5 hektara qədər ərazinin yanması ilə nəticələnib.

Düşmən cavab atəşi ilə susdurulub. Əməliyyat şəraiti qoşunlarımızın tam nəzarəti altındadır.