Türkiyəli rekordsmen Putin üçün piroq bişirəcək

13 İyul, 2019 14:57 | Siyasət | Baxış sayı: 71

Bişirdiyi ən böyük börək ilə Ginnesin Rekordlar Kitabına düşüb

Türkiyəli qənnadıçı Həsən Acar bildirib ki, "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükünün başlaması ilə əlaqədar olaraq bu gün Rusiya Prezidenti Vladimir Putin üçün ənənəvi türk piroqu (börək) bişirəcək. 

İstiPress-in məlumatına görə, Acar bu bərədə RİA Novosti-yə deyib.

Qeyd edək ki, 2012-ci ildə qənnadıçı bişirdiyi ən böyük börək ilə Ginnesin Rekordlar Kitabına düşüb. Börəyin uzunluğunun 2023 metr olduğu bildirilir.

Acarın sözlərinə görə, "S-400" zenit-raket komplekslərinin Türkiyəyə tədarükünün başlaması çoxdan gözlənilən bir hadisə idi: "Bunun ölkəmizin milli təhlükəsizliyi, o cümlədən Türkiyə və Rusiya arasında əlaqələr üçün əhəmiyyətini başa düşərək mən də ölkələrimiz arasında münasibətlərin inkişafı naminə əlimdən gələn töhfəni vermək istəyirəm. Buna görə də səy göstərərək bu gün ənənəvi piroqumuz olan börəyi bişirib Kremlə, şəxsən Vladimir Putinə göndərəcəm".

Qənnadıçı börəyə içlik üçün brınza pendiri və ispanaqdan istifadə edəcəyini bildirib. Ümumi çəkisi dörd kiloqram olacaq bağlamanın Moskvaya beş günə çatacağı bildirilir. Börəyi bişirdikdən sonra 10 gün ərzində yemək olar.