Paşinyan üçün fəlakət proqnozu

13 İyul, 2019 11:57 | Siyasət | Baxış sayı: 481
Nikol Paşinyan
Nikol Paşinyan

Lavrov Mnasakanyanla çox sərt danışıb

Moskva İrəvandan çox narazıdır. Bu yaxınlarda Ermənistan nümayəndə heytənin AŞPA-da Rusiynın bu təşkilata qayıtması ilə bağlı səsvermə zamanı yol verdiyi səhv sanki İrəvan üçün ağrısız başa çatdı.

Yəqin ki, Moskvada əvvəl özlərini elə göstəriblər ki, Ermənistan nümayən heyətinin rəhbəri Ruben Rubinyanın düymələri qarışdırması ilə bağlı dediklərinə inanıblar. Amma elə bu günlərdə Moskvada Ermənistan XİN başçısı Zöhrab Mnasakanyan Ermənistan hakimiyyətinin bu məntiqsiz siyasətinə cavab zərbələrini öz üzərinə götürməli olub.  

“İrates” qəzeti yazır ki, onun Rusiya XİN başçısı Sergey Lavrovla görüşü heç də rahat keçməyib. Qəzet yazır ki, Rusiya XİN başçısı Paşinyanı sevmir, hətta rəsmi tədbirlər də  onun tərəfinə belə baxmır. Lavrov görüşdə həddindən narazılıq bildirb.

Təbi ki, görüşdə Vladimir Putinin İrəvana nəzərdə tutulan səfərinə də toxunulub. Mnasakanyana başa salıblar ki, RF başçısının Ermənistan səfərinə qədər elə etmək lazımdır ki, Robert Koçaryan həbsdən çıxsın. Yerli ekspertlərin fikrincə, əgər Paşinyan indi Rusiya ilə zarafatın pis nəticələnəcəyini anlamazsa, bu, onun üçün fəlakətlə bitəcək.