Türkiyədən S-400-lə bağlı son qərar

13 İyun, 2019 14:28 | Siyasət | Baxış sayı: 107
S-400
S-400

"Heç kim bizə ultimatum verə bilməz"

"S-400-lər Türkiyəyə gələcək. Türkiyə verdiyi qərardan geri dönməyəcək". İstiPress-in məlumatına görə, bunu ABŞ-ın S-400 məktubu ilə bağlı açıqlama verən XİN başçısı Mövlud Çavuşoğlu deyib. 

O, Türkiyənin bu məktubun üslubunu qəbul etmədiyini bildirib. "Heç kim bizə ultimatum verə bilməz. Türkiyə S-400 alıb, prezidentimiz bildirib. Türkiyə bu cür məktublarla aldığı qərardan əl çəkməyəcək. Qısa zamanda cavab məktubu göndəriləcək. 

Amerikaya təklif etdik ki, narahatçılığınız varsa, ortaq qrup yaradaq, mütəxəssislər sənəd hazırlasın. Tramp "bəli" deyir, başqa qurumlar isə "yox".