Cəbhədə gərginlik - MN fotolar yaydı

13 İyun, 2019 10:00 | Siyasət | Baxış sayı: 453
Mərmilər
Mərmilər

Ermənilər törətdiyi təxribatları ört-basdır etmək üçün...

"Düşmən qoşunların təmas xəttində növbəti dəfə vəziyyəti gərginləşdirmək məqsədilə törətdiyi təxribatları ört-basdır etmək üçün özünəməxsus şəkildə yalan və iftiralarla dolu bəyanatla çıxış edərək faktı təkzib etməyə cəhd göstərib".

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin minaatanlardan atəşə tutulması ilə bağlı sorğuya cavab olaraq bunu bildirib.

"Bu gün düşmən tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması və mövqelərimizin 60 mm minaatanlardan atəşə tutulması barədə tərəfimizdən rəsmi məlumat verilib".

Nazirlik düşmən tərəfindən bölmələrimizin minaatanlardan atəşə tutulması faktını təsdiq edən foto materialları da təqdim edib.