Sarkisyan Xankəndində

13 İyun, 2018 11:30 | Siyasət | Baxış sayı: 139
Armen Sarkisyan
Armen Sarkisyan

Paşinyan Serjikin son qalasını da əlindən aldı

Ermənistanın yeni Armen Sarkisyan Qarabağa gedib. Yəqin ki, erməni liderin səfərinin əsas məqsədi son hadisələrdən (vətəndaş itaətsizliyi, mitinqlər) sonrakı vəziyyətlə tanış olmaqdır.

Xatırladaq ki, Xankəndində mitinqlərə səbəb erməni güc sturukturu əməkdaşlarının yerli sakinləri döyməsi olub. Yerli əhali isə onların cəzalandırılması tələbi ilə küçələrə çıxmışdı.

Bu hadisələrdən sonra ən yüksək ranga sahib məmurlar belə işdən qovulub və ya istefa ərizəsi yazmalı olublar. Separatçı rejimin “prezidenti” Bako Saakyan səlahiyyət müddəinin sonuna kimi hakimiyyətdə qalmağı seçib. Anasının canına da and-aman edib ki, bundan sonra yüksək vəzifənin iddiasında olmayacaq.

İşdən qovulan məmurların hamısı demək olar ki, eks erməni lider Serj Sarkisyanın tərəfdaşları olublar. Dağlıq Qarabağ Serjikin Paşinyanla mübarizədə son limanı idi. Bunu da yeni hakimiyyət əlindən aldı.