Putin Əliyevlə görüşəcək

13 İyun, 2018 12:30 | Siyasət | Baxış sayı: 68
V.Putin
V.Putin

Rusiya prezidenti bəzi dövlətlərin rəhbərlərini qəbul edəcək

Rusiya prezidenti Vladimir Putin Moskvada bir sıra dövlət rəhbərləri, o cümlədən Azərbaycan, Ermənistan, Boliviya, Livan, Belarus, Səudiyyə Ərəbistanı rəsmiləri ilə görüşlər keçirəcək. İstiPress-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.

"Bu gün Azərbaycan prezidenti İlham Əliyev, Ruanda, Boliviya rəhbərləri, həmçinin Livan və Ermənistan baş nazirləri ilə görüş olacaq". 

Axşam saatlarında isə Putin Qırmızı meydanda dünya ulduzlarının Dünya Çempionatına həsr edilən qala konsertinə qatılacaq.