Putin Azərbaycanla münasibətləri avqustda müəyyən edəcək

13 İyun, 2018 15:36 | Siyasət | Baxış sayı: 326

Moskvada Azərbaycan və Rusiya prezidentləri arasında görüş keçirilib

Moskvada Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putin arasında görüş keçirilib.

İstiPress-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə dövlət başçıları iki ölkə arasında münasibətləri müzakirə ediblər.

 "Ötən il bizim ticarət dövriyyəmiz 34,4 faiz artıb. Bu ilin birinci rübündə artım təxminən 19 faizdir. Bu, çox yaxşı tempdir və biz bunu dəstəkləməliyik. O ki qaldı siyasi əməkdaşlığa, burada da hər şey sabitdir. Parlamentlər xətti ilə daim təmaslar gedir. İctimai təşkilatlar xətti ilə humanitar əlaqələr inkişaf edir. Sizi görməyimə çox şadam", - deyə V. Putin bildirib.

V.Putin Moskvanın Azərbaycan Prezidentinin növbəti səfərinə hazırlaşdığını, səfərin avqustun 30-da baş tutacağını söyləyib: "O ki qaldı ikitərəfli münasibətlərimizə, bunu sizin avqustun 30-da Rusiyaya səfəriniz zamanı əsaslı və dərindən müzakirə edəcəyik".

İlham Əliyev və Vladimir Putin görüş zamanı
İlham Əliyev və Vladimir Putin görüş zamanı