"Kim məzəli oğlandır" - Trampdan tərif

13 İyun, 2018 09:14 | Siyasət | Baxış sayı: 114
Kim Çen In və Donald Tramp
Kim Çen In və Donald Tramp

ABŞ prezidenti düşmən hesab edilən Şimali Koreya liderindən danışıb

"İnsanlar soruşurlar ki, o necədir? O çox güclü oğlandır. Yaxşı xarakteri var. Maraqlı, məzəli və çox-çox ağıllıdır, yaxşı danışıq aparır. Strategiyası güclüdür". İstiPress-in məlumatına görə, bu sözləri ABŞ prezidenti əzəli düşməni hesab edilən Kim Çen Inla Sinqapurda görüşdükdən sonra onun barəsində deyib.

Trampın sözlərinə görə, Şimali Koreyadan olan həmkarı ilə əvvəlcədən yaxşı yola gediblər. Onlar ölkəni necə yenidənqurmaq lazım olması barədə söhbət ediblər. "O bunu anladı və heç mübahisə etmədi". 

Xatırladaq ki, dünyanın ən qapalı ölkəsi hesab edilən Şimali Koreyanın lideri Kim Çen In ötən gün Sinqapurda ABŞ prezidenti ilə bir araaya gəlib. Bu görüş tarixi addım kimi qiymətləndirilir.

Belə ki, adıçəkilən iki ölkə düşmən münasibətdə olublar. KXDR uzun illər bütün dünyanın etirazına, sanksiyalara baxmayaraq nüvə- ballistik raketlərin sınağını həyata keçirib.