Gürcüstanda azərbaycanlı mer tutuldu

13 İyun, 2018 13:49 | Siyasət | Baxış sayı: 122
Teymur Abazov
Teymur Abazov

Müxalifətçi azərbaycanlını döyüb, sidiyi ilə əl-üzünü yudurtdular

Gürcüstanın Marneuli rayonunun icra başçısı Temur Abazov saxlanılıb.

İstiPress-in məlumatına görə, Tiflisdə etiraz aksiyaları zamanı milyarder Bidzina İvanişvili və Marneuli merinin ünvanına senzurasız ifadələr işlədən azərbaycanlının təhqir edilərək döyülməsində günarkar bilinən Temur Abazovu 6 ilə qədər həbs cəzası gözləyir.

Teymur Abazovu söymüş Marneuli sakini döyüldükdən sonra
Teymur Abazovu söymüş Marneuli sakini döyüldükdən sonra

Gürcüstan prokurorluğunun yaydığı məlumats görə, Temur Abazov Gürcüstan hökumətini tənqid edən şəxsi alçaltmaqda şübhəli bilindiyi üçün prokurorluğa çağırılıb.

T. Abazovla bağlı istintaq Cinayət Məcəlləsinin 144-cü maddəsinin "e" (Qeyri-insani və ləyaqəti alçaldan rəftar) bəndi üzrə aparılır. 

İyunun 11-də Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs "Facebook" üzərindən canlı yayım edərək T. Abazov və "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi video-görüntü sosial şəbəkədə yayılıb. O, kamera qarşısında üzr istəyib və kiminsə əmri ilə öz sidiyi ilə əl-üzünü yuyub.  Video-görüntüdə T. Abazovun da olduğu iddia olunur.

Mer internetdə yayılan video görüntülərdən sonra saxlanılıb. 

Faktla bağlı cinayət işi açılıb.