Əliyev Moskvada Sarkisyanla görüşəcək?

13 İyun, 2018 12:07 | Siyasət | Baxış sayı: 143
Kreml
Kreml

Kremldən rəsmi açıqlama

"Moskvada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırlmır". İstiPress-in məlumatına görə, bunu Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib.

Jurnalistlərin sualına cavabında Peskov deyib ki, Ermənistan prezidenti Rusiyada olmayacaq. Bunun üçün də belə görüş nəzərdə tutulmayıb. 

Xatırladaq ki, sabah Moskvada Dünya Çempionatının açılışı olacaq. Açılışda iştirak etmək üçün Azərbaycanın dövlət başçısı İlham Əliyev də ötən gün Rusiya paytaxtına səfər edib. 

Ermənistanın baş naziri Nikol Paşinyanın da mərasimə qatılacağı gözlənili.