Dünya Çempionatı yoxsa Qarabağ?

13 İyun, 2018 12:00 | Siyasət | Baxış sayı: 262
Erməni hərbçilər qarabağdan gedir
Erməni hərbçilər qarabağdan gedir

Moskvaya səfərin əsas məqsədi

Moskvaya səfər edən erməni baş nazir Nikol Paşinayan üçün əsas məsələ Dünya Çempionatı yox, Rusiya prezidenti Vladimir Putinlə görüşdür. Şübhəsiz ki, Kremldəki danışqıların mövzularından biri də Dağlıq Qarabağ olacaq. Bir çox politoloq və ekspertlər bundan əmindirlər.

Xatırladaq ki, Paşinyan Ermənistanda Nazirlər Kabinetinə rəhbər təyin edilən kimi Qaraağla bağlı bəzi bəyanatlar səsləndirib. Onun sözlərinə görə, İrəvan yenə də separatçı rejimin təhlükəsizliyinin qarantı olacaq. Əsas isə odur ki, Qarabağ Ermənistan ilə birlikdə danışqılar prosesinin tərəfi olmalıdır. Ermənistanın özündə də politoloqların çoxu dərhal onu dəstəklədiklərini dedilər. Eyni şeyi onlar Sarkisyanın zamanında da deyirdilər.

Bundan başqa Paşinyanın çıxışından sonra erməni mətbuatında Ermənistanın hətta özünün belə tanımadığı rejimin müstəqilliyinin əvəzində Azərbaycana bəzi əraziləri güzəştə getməyə hazır olunması barədə xəbərlər yayıldı. Bakı isə Paşinyanın cavabını artıq verib. Rəsmi Bakı bildirib ki, münaqişənin həlli ilə bağlı danışıqları ancaq İrəvanla aparacaq. Azərbaycanın ərazisini işğal edən münaqişə tərəfi kimi.

Hətta qeyd edilib ki, Ermənistanın ilk prezidentinin dövründən Bakı həmişə onlarla danışıq aparıb. Çünki məhz onlar Cənubi Qafqazda ikinci erməni dövlətinin yaradılmasına cəhd edirlər.

Ermənistanda artıq sülh danışıqları imitasiyasından bezirlər.Erməni gənclərinin Qarabağdakı hərbi hissələrdə ölümü fonunda isə yeni inqilabçı nazirin ritorikası sadəcə insanları qıcıqlandırır.